IQNA

Əfqanıstanda daha bir şiə məscidi partladıldı: Onlarla ölən və yaralanan var | VIDEO

14:58 - October 15, 2021
Xəbər sayı: 3490984
Əfqanıstanın Qəndəhar şəhərində yaşayan şiələrin toplaşdığı böyük məscidlərdən biri olan “Bibi-Fatimə” məscidində partlayış baş verib. Verilən məlumata görə, intiharçı terrorçu özünü partladıb.

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) xəbər verir ki, Əfqanıstanın Qəndəhar vilayətindəki böyük məscidlərdən birində partlayş törədilib.  

Məlumata əsasən, partlayış şiə müsəlmanların məscidində törədilib. Terror aktı nəticəsində azı 62 nəfərin həyatını itərərək şəhid olduğu, 68-dən çox yaralının olduğu bildirilir.   

Hadisənin təfərrüatı barədə hələlik açıqlama verilmir.

Xatırladaq ki, ötən cümə günü də Qunduz vilayətində şiələrin toplaşdığı Seyid-Abad məscidində partlayış törədilmişdi. Həmin terrorda məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürmüşdü. / 4005097

kod
 
kod

 

captcha